Mühəndislər yürüş və əyləncə gecələri üçün “BeatBringer Speaker Backpack” adlanan portativ musiqi çantası yaradıb. İstənilən şəraitdə istifadəsi mümkün olan “BeatBringer Speaker Backpack” çantasının korpusu möhkəm, zərbəyədavamlı və sukeçirməzdir.
Lakin qurğunun bir neçə açıq hissəsinin olmasına görə istehsalçı güclü yağışda xüsusi çexoldan istifadəni tövsiyə edir.
Qurğu, musiqini yüksək səviyyədə səsləndirməsi (110 desibel (dB)) və çəkisinin az olması (5,8 kq) ilə fərqlənir. “BeatBringer” “AUX” və “Bluetooth” standartlarını dəstəkləyir, həmçinin USB birləşdiricisi ilə təchiz edilib. Çantada dinamiklərin yüksək həssaslığı və siqnalın geniş amplitud – tezlik xarakteristikası üçün neodim maqnitləri nəzərdə tutulub. Bundan başqa, qurğu 15 saat 98 dB gücündə musiqini səsləndirməyə hesablanmış 4 400 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator ilə təchiz edilib.