Noyabrın 8-dən başlayaraq peyvənd olunmayan 18 yaşınadək əcnəbilər ABŞ ərazisinə daxil ola bilərlər.
Bu haqda informasiyanı “Sputnik Azərbaycan” nəşri yayıb.
Mənbə yazır ki, həmçinin müəyyən xəstəlikləri olan şəxslər, klinik sınaqların iştirakçıları da bir neçə gün ərzində Amerikaya səfər edə biləcəklər.
Peyvənd olunmayan Amerika vətəndaşları və ölkənin daimi sakinləri isə ABŞ-a gəlməzdən bir gün əvvəl alınan mənfi testi təqdim etməlidirlər. Peyvənd edilən şəxslər səyahətdən üç gün əvvəl sınaqdan keçirilməlidir.
Xatırladaq ki, ABŞ ÜST tərəfindən təsdiqlənmiş peyvəndləri qəbul edir.