Kann Film Festivalı artıq yekunlaşmaq üzrədir.
Gent.az xəbər verir ki festival müddətində bir çox məşhur ulduz qırmızı xalçada dəbdəbəli və cəsarətli geyimləri ilə diqqət çəkib. Daha əvvəl Hande Erçel, Demi Mur və Haydi Klumun obrazları böyük maraq doğurmuşdu.
Bu dəfə isə tamaşaçıları öz görünüşü ilə Bella Hadid təəccübləndirib. Supermodel ictimai tədbirlərdə çox tez-tez görünməsə də, Kann festivalında bir neçə fərqli obraz nümayiş etdirib: “Prada”dan bədən rəngində libas, incə belini və dekoltesini vurğulayan arxiv “Elie Saab” geyimi, eləcə də açıq çiyinli ağ “Prada” donu.
Hər il festivalda iştirak edən rusiyalı model və influenser Lena Perminova isə bu dəfə “çılpaq libas olmaz” qaydasına məhəl qoymayıb. O, dəri korset və altından stringləri görünən şəffaf ətəkdən ibarət obraz seçib.
Türkiyəli aktrisa Hande Erçel dərin dekolteli qırmızı libası ilə diqqət çəkib. “Qapımı çal” serialının ulduzu yeni fotolarını “Instagram” hesabında paylaşıb.
27 yaşlı aktrisa Deyzi Edqar-Cons da cəsarətli görünüşü ilə seçilib. O, qırmızı xalçada “Balenciaga” brendinə məxsus payetli libasda görüntülənib.

