Argentina Futbol Assosiasiyası (AFA) milli komandadakı çıxışını başa vuran Lionel Messinin şərəfinə genişmiqyaslı aksiya keçirmək qərarına gəlib.
Gent.az xəbər verir ki, növbəti turun gedişində kişilər və qadınlar arasında keçirilən bütün daxili yarışların matçları düz 10-cu dəqiqədə dayandırılacaq. Meydandakılar və tribunalardakı azarkeşlər əfsanəvi hücumçunun parlaq karyerasına və Argentina millisinin tarixinə verdiyi əvəzsiz töhfəyə ehtiram əlaməti olaraq onu bir dəqiqə ərzində alqışlayacaqlar.
Qeyd edək ki, iyunun 24-də 39 yaşı tamam olan Messi milli komandanın heyətində ümumilikdə 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

