“Facebook” sosial media platforması Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya dövlət KİV-nin reklam və monetizasiyanı qadağan edir.
Bu barədə “Facebook”un kibertəhlükəsizlik departamentinin rəhbəri Nataniel Qleyxer “Twitter” səhifəsində yazıb.
““Facebook” Ukraynadakı vəziyyəti diqqətlə izləyir. Biz Rusiyanın dövlət KİV-nə dünyanın istənilən yerində bizim platformamızda reklam və ya monetizasiyanı qadağan edirik”, - deyə Qleyxer qeyd edib.