Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var.
Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahıda xüsusi yer tutur.
1. Açıq ünsiyyət – Partnyorlar istəklərini, narahatlıqlarını və gözləntilərini açıq şəkildə paylaşmalıdırlar. Tənqid etmək əvəzinə konstruktiv ifadələrdən istifadə etmək münasibətləri yaxşılaşdırır.
2. Uyğun mühit – Rahat, sakit və romantik atmosfer yaxınlığı artırır. Yorğun, ac və ya əsəbi vəziyyətdə intim münasibətdən çəkinmək tövsiyə olunur.
3. Toxunma və nəvaziş – Sevgi dolu fiziki təmas tərəflərin bir-birini daha yaxşı tanımasına, etibarın və yaxınlığın artmasına kömək edir.
4. Romantik oyunlar – Münasibətdə monotonluğu aradan qaldırmaq üçün romantik jestlər, sürprizlər, birlikdə yeni fəaliyyətlər və yaradıcılıq vacib sayılır.
5. Ön sevişmə – Kifayət qədər vaxt ayrılması hər iki tərəfin daha rahat və məmnun olmasına kömək edir.
6. Özünü tanımaq və qəbul etmək – İnsan öz bədənini, istəklərini və hisslərini tanımalı, utanmadan qəbul etməlidir.
7. Güvən – Sağlam intim münasibətin əsas şərtlərindən biri qarşılıqlı etimaddır.
8. Sevgi və hörmət – Gündəlik həyatda diqqət, qayğı və hörmət göstərmək münasibətin keyfiyyətini artırır.
9. Rahatlıq və gərginliyin azalması – İntim yaxınlıqdan əvvəl stress və əsəbilikdən uzaq olmaq tövsiyə edilir.
10. Utanc hissini aradan qaldırmaq – Lazım gəldikdə müxtəlif psixoloji üsullar və ya mütəxəssis dəstəyi ilə utancaqlığı azaltmaq mümkündür.
11. Diqqətin tam yönəldilməsi – İntim münasibət zamanı fikrin başqa yerdə olmaması, diqqətin partnyora və yaşanan ana yönəlməsi məmnuniyyəti artırır.
12. Sağlam həyat tərzi – Düzgün qidalanma, müntəzəm idman, həmçinin alkoqol, siqaret və həddindən artıq kofeindən uzaq durmaq həm ümumi, həm də cinsi sağlamlığa müsbət təsir göstərir.

