Ramazan bayramı üçün istirahət imkanları

Səyahət3 dəq oxu
Ramazan bayramı üçün istirahət imkanları

Dubayda Ramazan gündüzlər daha sakit temp, gün batdıqdan sonra isə canlanma deməkdir: görüşlər uzanır, söhbətlər daha təmkinli olur, axşam yeməyi isə tələsmək istəmədiyin bir mərasimə çevrilir. 2026-cı ildə BƏƏ-də Ramazanın təxminən 19 fevralda başlaması gözlənilir (dəqiq tarix ayın görünməsindən asılıdır). Bu dövrdə ən çox dəyər verilən isə sadə və rahat ssenaridir: bir-iki günlüyə gəlmək, iftarı tələsmədən keçirmək və səhəri dincəlməyə ayırmaq. Ölkədaxili mini-tətil planlaşdıranlar üçün JA BƏƏ rezidentlərinə xüsusi stay variantları və Dubayda “daha uzun — daha sakit” formatı təklif edir ki, Ramazan vaxtı xüsusilə uyğundur.

JA Lake View Hotel

Axşamı iki fərqli ovqat üzərində qurmaq olar.
Kinara ailəvi paylaşım formatında iftar təqdim edir — birgə şam yeməyi üçün set-menü (adam başına 300 AED), welcome drinks və çərəz süfrəsi ilə. Adətən 18:30–22:30 arası, təxminən fevralın ortasından martın ortasınadək (ay təqviminə görə) servis olunur.
81 isə daha geniş seçimlər təqdim edir: ərəb vurğulu iftar-bufet, canlı stansiyalar, alkoqolsuz içkilər daxildir (249 AED böyüklər, 125 AED 4–11 yaşlı uşaqlar üçün), 18:30–20:30. Zalda ud musiqisi səslənir, ərəb qəhvəsi təqdim olunur.

Ramazan bayramı üçün istirahət imkanları — şəkil 1

JA Hatta Fort Hotel

Jeema restoranında həftəiçi günlərdə iftar 17:30–22:30 saatlarında set-menyu və ya "à la carte" (fərdi sifariş) formatında təqdim olunur (adambaşı 120 AED), həftəsonları isə eyni saatlarda iftar-bufet təşkil edilir (adambaşı 149 AED).

Hikaya restoranında hər gün 17:30–19:00 aralığında set-iftar mövcuddur (adambaşı 120 AED).

Hikaya-da sübh yeməyi (suhur) hər gün 00:00–01:00 saatlarında servis edilir. Daha özəl format istəyənlər üçün isə "in-room dining" xidməti 00:00–04:00 aralığında əlçatandır.

Ramazan bayramı üçün istirahət imkanları — şəkil 2

JA Ocean View Hotel

Ramazan axşamı burada “sahil” ab-havasında keçir.
AQUA restoranında hər gün iftar-bufet (18:00–22:00) — live cooking və carving stansiyaları, xurma, təzə şirələr, ərəb qəhvəsi, tematik dekor və ud musiqisi; 199 AED böyüklər, 95 AED uşaqlar üçün.
OIA restoranında isə minimum 25 000 AED hesabla özəl qrup iftarı (à la carte) təşkil etmək mümkündür.

Ramazan bayramı üçün istirahət imkanları — şəkil 3

JA Manafaru

Ramazanı şəhərdən kənarda, sakitlikdə keçirmək istəyənlər üçün ideal seçimdir. Oruc tutan qonaqlar üçün əlavə ödənişsiz villada servis (sorğu ilə iftar-spesial), villada xurma, quru meyvə və çərəzlər təqdim olunur; təqdimat və atmosferdə ramazan detalları — fənərlər və s. yer alır. Ayrıca ödənişli iftar menyusu da mövcuddur. Uzunmüddətli qalmaq istəyənlər üçün long stay təklifi var.

Ramazan bayramı üçün istirahət imkanları — şəkil 4

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan