Spirtli‌ ‌içki‌ ‌haqqında‌ ‌10‌ ‌ən‌ ‌yayqın‌ ‌yanlış‌ ‌fikir‌ ‌

Açıq söhbət5 dəq oxu
Spirtli‌ ‌içki‌ ‌haqqında‌ ‌10‌ ‌ən‌ ‌yayqın‌ ‌yanlış‌ ‌fikir‌ ‌

Sizə‌ ‌insanlar‌ ‌arasında‌ ‌spirtli‌ ‌içkilərlə‌ ‌bağlı‌ ‌ən‌ ‌yayqın‌ ‌10‌ ‌yanlış‌ ‌fikri‌ ‌barədə‌ ‌məqaləni‌ ‌təqdim‌ ‌edirik:‌ ‌

‌
1.İçməyən‌ ‌insanlar‌ ‌içənlərdən‌ ‌daha‌ ‌çox‌ ‌yaşayır‌ ‌

2010-cu‌ ‌ildə‌ ‌ABŞ-ın‌ ‌Texas‌ ‌ştatında‌ ‌mütəxəssislər‌ ‌20‌ ‌il‌ ‌ərzində‌ ‌spirtli‌ ‌içki‌ ‌aludəçisi,‌ ‌arada‌ ‌içən‌ ‌və‌ ‌heç‌ ‌içməyən‌ ‌təxminən‌ ‌eyni‌ ‌yaşda‌ ‌2000‌ ‌nəfəri‌ ‌müşahidə‌ ‌ediblər.‌ ‌

Araşdırmanın‌ ‌məqsədi‌ ‌–‌ ‌bu‌ ‌insanlar‌ ‌arasında‌ ‌ölüm‌ ‌statistikasını‌ ‌təyin‌ ‌etmək‌ ‌olub.‌ ‌

Nəticələr‌ ‌hamını‌ ‌təəcübləndirdi.‌ ‌Məlum‌ ‌olub‌ ‌ki,‌ ‌bu‌ ‌müddət‌ ‌ərzində‌ ‌spirtli‌ ‌içki‌ ‌içməyənlərin

51,‌ ‌içki‌ ‌aludəçilərinin‌ ‌45,‌ ‌arada‌ ‌içənlərin‌ ‌isə‌ ‌41%‌ ‌dünyasını‌ ‌dəyişib.‌ ‌Bir‌ ‌sözlə,‌ ‌arada‌ ‌spirtli‌ ‌içki‌ ‌qəbul‌ ‌etmək‌ ‌ömrü‌ ‌uzadır.‌ ‌ ‌
‌

2.‌ ‌Şirin‌ ‌içkilər‌ ‌insanı‌ ‌daha‌ ‌tez‌ ‌dəm‌ ‌edir‌ ‌

Bu‌ ‌da‌ ‌yanlış‌ ‌fikirdir.‌ ‌Aparılan‌ ‌araşdırmalar‌ ‌nəticəsində‌ ‌məlum‌ ‌olub‌ ‌ki,‌ ‌spirtli‌ ‌içkiləri‌ ‌şəkərli‌ ‌içkilərlə‌ ‌qatan‌ ‌insanlar‌ ‌daha‌ ‌gec‌ ‌dəm‌ ‌olur.‌ ‌Buna‌ ‌səbəb,‌ ‌şəkərin‌ ‌spirtin‌ ‌qana‌ ‌hopmasını‌ ‌yavaşlatmasıdır.‌

‌3.‌ ‌Zaman‌ ‌keçdikçə‌ ‌çaxırın‌ ‌keyfiyyəti‌ ‌artır‌ ‌

Çaxır‌ ‌mütəxəssisi‌ ‌Cil‌ ‌Kaym‌ ‌iddia‌ ‌edir‌ ‌ki,‌ ‌çaxırı‌ ‌hətta‌ ‌ideal‌ ‌zirzəmidə‌ ‌horizontal‌ ‌vəziyyətdə‌ ‌saxlasanız‌ ‌belə‌ ‌zaman‌ ‌keçdikcə‌ ‌o‌ ‌turşlaşır.‌

‌“Sadəcə‌ ‌ən‌ ‌keyfiyyətli‌ ‌qırmızı‌ ‌və‌ ‌şampan‌ ‌növlərində‌ ‌zaman‌ ‌keçdikcə‌ ‌özünəməxsus‌ ‌bir‌ ‌buket‌ ‌formalaşır‌ ‌ki,‌ ‌bu‌ ‌da‌ ‌dad‌ ‌məsələsidir”,‌ ‌-‌ ‌deyə‌ ‌C.Kaym‌ ‌əlavə‌ ‌edib.‌ ‌ ‌
‌
4.‌ ‌Qradusu‌ ‌aşağı‌ ‌salmaq‌ ‌olmaz‌ ‌

Hamımız‌ ‌tez-tez‌ ‌araqdan‌ ‌sonra‌ ‌pivə‌ ‌içməyin‌ ‌düzgün‌ ‌olmadığı‌ ‌eşitmişik.‌ ‌Məlum‌ ‌olub‌ ‌ki,‌ ‌bu‌ ‌içkilərin‌ ‌hansı‌ ‌sıralamada‌ ‌içildiyinin‌ ‌heç‌ ‌bir‌ ‌fərqi‌ ‌yoxdur.‌ ‌Əsas‌ ‌məsələ,‌ ‌miqdardan‌ ‌və‌ ‌içkilərin‌ ‌keyfiyyətindən‌ ‌asılıdır.‌ ‌ ‌

5. Ağ çaxır ağ, qırmızı çağır isə qırmızı üzümdən hazırlanır və onları qarışdırmaq olmaz

Bəlkə də xəbərsizsiniz, lakin əsl şampan çaxırı “pino nuar” adlanan qırmızı üzümdən hazırlanır. Bütün üzüm şirələri dərisi soyulduqda ağ rəngdə olur. Qırmızı piqment meyvənin dərisində olur. Ona görə də, qırmızı çaxır əldə etmək üçün dərisi soyulmamış hazırlanır.

Spirtli‌ ‌içki‌ ‌haqqında‌ ‌10‌ ‌ən‌ ‌yayqın‌ ‌yanlış‌ ‌fikir‌ ‌ — şəkil 1

6. Spirtli içki (xüsusən də pivə) qarnı yekəldir

Daha bir şad xəbər. Alimlər müəyyən edib ki, spirtli içki kökəlməyə təsir göstərmir. Hətta içən qadınlarda çəkinin azalması müşhaidə olunur.

Sözsüz ki, spirtli içiklərdə də kalori var. Lakin onlar çips, fıstıq və s. məzə ilə müqayisədə daha pis həzm edilir.

Başqa sözlə, qarnınızın yekəlməsində pivə yox, yediyiniz toyuq boğazı və ya qızardılmış düşbərə günahkardır.

Spirtli‌ ‌içki‌ ‌haqqında‌ ‌10‌ ‌ən‌ ‌yayqın‌ ‌yanlış‌ ‌fikir‌ ‌ — şəkil 2

7. Çox içənlər, içən kimi ürəyi bulananlardan daha sağlamdır

Dayanmadan içki içməyinizlə öyünməyə dəyməz. Çünki bu alkoqolizmin ən əsas göstəricilərindən biridir. Sizin bədəniniz spirtli içkini artıq zəhər kimi qəbul etmir. Əslində isə spirtli içkiyə qarşı normal və sağlam reaksiya – ürəkbulanma və yuxudur.


8. İçəndən qabaq yesən, dəm olmursan

Əslində isə, tox və ya ac qarına 100 qram spirtli içki eyni vəziyyətə gətirir. Lakin yeyilən yemək bu prosesi yavaşladır. Buna görə də, insan bilmədən daha çox içir. Nəticədə də ac qarınla müqayisədə daha çox içirsən. Bax belə bir paradoks!

Spirtli‌ ‌içki‌ ‌haqqında‌ ‌10‌ ‌ən‌ ‌yayqın‌ ‌yanlış‌ ‌fikir‌ ‌ — şəkil 3

9. Spirtli içki sinir hüceyrələrini məhv edir

Bu da yanlış məlumatdır. Böyük miqdarda spirtli içki qəbul etdikdə belə bütün neyronlar yerində qalır. Lakin alkohol neyron əlaqənin yaranmasını yavaşladır.

10. Spirtli içki bədəni qızdırır

Bir çox insan düşünür ki, spirtli içki qızdırıcı effektə malikdir. Lakin alkohol tam tərsinə təsir edir. O, qanın müvəqqəti olaraq dəriyə tərəf axınını və istilik hissini yaradır. Lakin insanın bədəni bu zaman daha çox o qiymətli istiliyi sərf edir. Lakin alkohol hisslərini zəiflətdiyi üçün insan bunu hiss etmir.

Spirtli‌ ‌içki‌ ‌haqqında‌ ‌10‌ ‌ən‌ ‌yayqın‌ ‌yanlış‌ ‌fikir‌ ‌ — şəkil 4

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan