Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır?

Ətir, ədekolon artıq gündəlik həyatımızın ayrılmaz hissəsidir

Aksesuar2 dəq oxu
Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır?

Ətir, ədekolon artıq gündəlik həyatımızın ayrılmaz hissəsidir.

Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır? — şəkil 1

Məlum olub ki, ətirin istifadəsinin öz xüsusiyyət və layfhakları var, buna görə də bir çox insan onu düzgün istifadə etmir. Sözsüz ki, bunun nəticələri avtomatdan istifadə edə bilməmək qədər ciddi deyik. Lakin onları bilmək heç kimə mane olmaz.

Ətiri necə vurmaq lazımdır:

1.Ətiri duş qəbul etdikdən sonra, təmiz bədənə vurmaq lazımdır.

2.Ətir flakonunu özündən 7-15 santimetr məsafədə aralı tut.

3. Ətiri bədəninin ən yüksəktemperaturlu hissələrinə vur: boyun, biləklər, dirsəklərin iç tərəfi. Qeyd edilən yerlərə 1-2 dəfə ətir vurmaq bəs edər.

Ətir istifadəsinə edilən ən populyar səhvlər

Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır? — şəkil 2

1.Ətiri paltara vurmaq. Parfüm gərək dəriyə otursun, başqa sözlə sənin təbii qoxunla qarışaraq unikal ətir yaratmalıdır.

Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır? — şəkil 3

2. Parfümü qırağa sıxaraq, yaranmış “dumanın” içindən keçmək. Bu adi israfdır, çünki belə etdikdə ətirin əksər hissəsi yerə hopur.

Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır? — şəkil 4

3. Ətiri quru bədənə sıxmaq. Quru dərinin üzərindən parfüm daha tez buxarlanır. Bunun qarşısını almaq üçün mütəxəssislər duş qəbulundan sonra nəmləşdirici losyondan istifadə etməyi məsləhət görür.

Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır? — şəkil 5

4. Bütün ili eyni parfümdən istifadə etmək. Yayda daha fərah (akvatik, meyvə, çiçək), qışda isə ağır (şərq, ənbər, dəri) ətirlərinə üstünlük ver, çünki parfüm tər ilə təmasa girir.

Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır? — şəkil 6

5. Həddindən artıq ətir vurmaq. Bəzi heyvanlarda qoxu özünümüdafiə vasitəsidir. İnsan isə onların sırasına daxil deyil. Buna görə də, ətir sənin ətrafında qovucu sahə yaratmamalıdır.

Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır? — şəkil 7

6. Ətiri hamam otağında saxlamaq. Parfümü ekstremal temperaturlardan qorumaq lazımdır. Bundan əlavə, saxlanıldığıyer qaranlıq olmalıdır. Çünki işıq parfümün içində məsləhətli olmayan reaksiyalara yol açır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan