Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı

Aksesuar2 dəq oxu
Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı

Bir çox kişi saat taxmağı xoşlayır. Bu prestij və zənginlik əlaməti sayılır. Əsas odur ki, sizə də bu saatlardan biri qismət olsun. Sizə bu saatların siyahısını təqdim edirik.

10.Hublot Black Caviar Bang

Şəkildə görsənməsə də bu saatın korpusu qızıldan hazırlanıb, üzərində isə 322 dənə brilyant var. Əl işidir. Dünyada yeganə ekzemplyardır və qiyməti 1 milyon dollardır. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 19.Roger Dubuis Excalibur Quatuor

Bu saat silisiumdan hazırlanıb. Qeyd etməl lazımdır ki, saatın korpusu titandan 4 dəfə bərkdir. Saatın qiyməti 1 milyon 125 min dollardır. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 2

8.Jaeger-LeCoultre Hybris Mechanica à Grande Sonnerie

Bu saatın qiyməti isə 1 milyon 147 min 070 dollardır. Onu 1300 detaldan hazırlayıblar. Saat Britaniyanın simvolu olan Biq Ben saatlarının səsini çıxardır. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 3

7.Vacheron Constatin Tour de I'lle

18-karatlıq qızıldan hazırlanmış korpus və bərq vurmayan sapfir şüşə. Xronometrin əqrəbləri iki tərəflidir. Saatın qiyməti 1,5 milyon dollardır. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 4

 6.Greubel Forsey Art Piece 1

Hazırlanmasında nanoskulptor Uillard Uiqanın iştirak etdiyi bu möhtəşəm saatın qiyməti 1,6 milyon dollardır. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 5

5.Richard Mille Tourbillon RM 56-02 Sapphire

Saatın dizaynı çox yenidir. Çünki “tərpənən tellər” sistemi ilə hazırlanıb. Bu saatı almaq istəyrsinizsə 2 milyon dollar ödəməli olacaqsınız. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 6

4.A. Lange & Söhne Grand Complication

Məşhur alma lakşeri-brendin yeni modeli. Saniyəölçən, təqvim və həəta ay fazaları var. Bu saatı əldə etmək üçün 2,5 milyon dollar lazımdır. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 7

3.Patek Philippe Platinum World Time

Hərəkət və seçim azadlığını sevənlərin seçimidir. Dünyanın istənilən nöqtəsində zamanı biləcəksiniz. Bu gözəl saatın qiyməti o qədər çox deyil. Sadəcə 4 milyon dollar. Burda nə var ki...

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 8 

2.Patek Caliber 89

Dünyanın ən ağıllı saatıdır. 33 göstərici sərgiləyə bilir. Hələ bu göstəriciyə görə rekord bu saatlardadır. Qızıl xronometrə malik 1728 detaldan ibarət bu cib saatın qiyməti 5 milyon 120 min dollardır. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 9

1.Patek Philippe Super Complication

900 detaldan ibarət bu saatın hazırlanması üçün 5 il vaxt sərf edilib. Sərf edilən zamana görə qiyməti də pis deyil -  11 milyon dollar. 

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı — şəkil 10

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan