Saat alarkən bunlara diqqət edin

Aksesuar1 dəq oxu
Saat alarkən bunlara diqqət edin

Qol saatı əksər insanlar üçün böyük əhəmiyyət daşıyır. Gündəlik həyatımızda bizimlə olan saatlar üslubumuzun və həyatımızın izlərini daşıya bilər. Ona görə də biz saat alarkən bu detalları düşünür və ona uyğun hərəkət edirik. 

Bəs keyfiyyətli saat almaq üçün nələrə diqqət etməliyik?

Publika.az keyfiyyətli saatın xüsusiyyətlərini təqdim edir:

Materialın keyfiyyəti ən önəmli faktordur. Saat alarkən onu biləyinizə taxdığınız zaman toxunaraq yoxlayın. Çünki gözə görünməyən hər hansı bir qüsur varsa, dərhal nəzərə çarpacaq.

Saat alarkən bunlara diqqət edin — şəkil 1

Mükəmməl səsi olmalıdır. Gündəlik həyatda qol saatlarının səsini eşitmirik. Ancaq saatı qulağımıza qoyub dinlədiyimiz zaman eşitdiyimiz səs bizə onun keyfiyyəti haqqında çox şey deyir. Saatın səsi mexaniki hissənin aydın göstəricisidir.

Saat alarkən bunlara diqqət edin — şəkil 2

Qol saatının keyfiyyətini ifadə edən mühüm detallardan biri də onun şüşəsidir. Şüşənin siferblatla birləşdiyi hissəyə də xüsusi diqqət yetirin. Çünki şüşə və siferblat iki fərqli parça kimi görünməməli, monolit təsvir yaratmalıdır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan