5 aprelə olan hava proqnozu

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Aktual1 dəq oxu
5 aprelə olan hava proqnozu

Aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gent.az xəbər verir ki, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 15-20 dərəcə isti olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan