Azərbaycanda internet kəsiləcək?
"Gecə saatlarından ölkə ərazisində internetin bloklanacağı və sosial şəbəkələrə məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".

Bunları texnobloger Fərid Pərdəşünas ölkədə internetin bloklanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib.
Gent.az xəbər verir ki, o, VPN istifadəsinin təhlükəli olduğunu diqqətə çatdırıb:
"Bu tipli dezinformasinı tirajlamağa ehtiyac yoxdur. Bu xəbərə inanan insanlar VPN istifadəsinə keçməklə məlumatlarını potensial olaraq təhlükə altında qoyur".(big.az)






