Çin kosmik gəmisini orbitə göndərdi
Çin ilk dəfə olaraq orbitə yük gəmisi göndərib.

Gent.az xəbər verir ki, bu barədə Çinin İnsanlı Kosmos Uçuş Proqramı İdarəsi məlumat verib.
"Tyançjou" adlandırılan yük gəmisi tikintisi bu il başa çatdırılması nəzərdə tutulan "Tyanqun" kosmik gəmisinin ekipajı üçün qida, avadanlıq və əşyalar çatdıracaq.
Çinin İnsanlı Kosmos Uçuş Proqramı İdarəsindən bildirilib ki, buraxılış uğurla başa çatdırılıb. (oxu.az)






