Azərbaycanda 6 avqusta olan yoluxma sayı

Azərbaycanda koronavirusa 452 yeni yoluxma faktı qeydə alınıb.

COVID-191 dəq oxu
Azərbaycanda 6 avqusta olan yoluxma sayı

403 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Gent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması halı aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 098 nəfərdir.

Son sutka ərzində 3 750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan