Bu şəxslər evlərində peyvənd edilir

COVID-191 dəq oxu
Bu şəxslər evlərində peyvənd edilir

2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində respublikanın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

TƏBİB-dən verilən məlumata görə, vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında qurum tərəfindən həyata keçirilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan