Ermənistandakı rus bazasına hücum edildi: Yaralılar var

Maskalı şəxs Gümrüdə yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum edib.

Hadisə1 dəq oxu
Ermənistandakı rus bazasına hücum edildi: Yaralılar var

Hadisə 10 mart tarixində yaşanıb.

Gent.az xəbər verir ki, Şirak əyalətinin Gümrü rayonunda saat 21:00-da elektrik enerjisi kəsilib. Bu zaman 40 yaşlı Roman Romanov enerji təchizatının nə zaman bərpa olunacağını öyrənmək məqsədilə həyətə çıxıb.

Bundan sonra R.Romanovun həyat yoldaşı Siruş V. həyətdən səslər eşidib və çölə çıxdıqdan sonra həyat yoldaşının üzündə maska olan naməlum şəxslə dalaşdığını görüb. Qadın bu zaman qışqıraraq qonşuları köməyə çağırıb və polisə müraciət edəcəyini bildirib.

Bundan sonra maskalı şəxs ona da hücum edib və bıçaqla xəsarət yetirdikdən sonra ərazidən qaçıb.(Oxu.az)

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan