Bakıda doqquzmərtəbəli binada güclü yanğın baş verdi
Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 67 kvadrat metr olan mənzildə mətbəxin yanar konstruksiyaları 4 kvadrat metr sahədə və 1 ədəd televizor yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Gent.az xəbər verir ki, məlumatda qeyd olunur ki, yüksək temperaturun təsirindən lambirindən ibarət tavan 12 kvadrat metr sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






