Azərbaycanda daha bir intihar hadisəsi baş verib
Gəncə şəhərində intihar hadisəsi olub.

Hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib.
Gent.az xəbər verir ki, Gəncə sakini, 54 yaşlı Razim Qurbanov həmin küçədə yerləşən 5 mərtəbəli binaların birinin damından özünü atıb.
O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.(ölkə.az)






