Baba nəvələrinin hədiyyələrini oğurlayıb narkotik aldı

Hadisə1 dəq oxu
Baba nəvələrinin hədiyyələrini oğurlayıb narkotik aldı

ABŞ-ın Miçiqan ştatında narkoman olan yaşlı kişi nəvələrinin Milad hədiyyələrini oğurlayaraq narkotik alıb.

Gent.az  xarici mediaya istinadla bildirir ki, kiçik Don Lukas Miladdan bir neçə gün əvvəl 62 yaşlı ata Donald Lukası qonaq etdiyini deyib. Bayrama hazırlaşarkən, kiçik Lukas dörd övladı üçün hədiyyələr alsa da, onların yoxa çıxdığını görüb.

Məlum olub ki, hədiyyələr uşaqların babaları tərəfindən oğurlanıb. Kişi onları 1000 dollara satıb və metamfetamin alıb. O, narkotik vasitə ilə yaxalanaraq, həbs edilib.

Kiçik Lukas uşaqlara nə deyəcəyini bilməyib. Kişinin onlara yeni hədiyyələr almağa imkanı olmayıb. Kiçik Lukasın problemindən xəbər tutan yerli sakinlər və təşkilatlar onun üçün 2 min dollar toplayıblar. Onun uşaqları bu pulla istədikləri oyuncaqları ala biləcəklər.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan