Yeni il üçün evi bəzəyən qadın binadan yıxılıb öldü

Hadisə1 dəq oxu
Yeni il üçün evi bəzəyən qadın binadan yıxılıb öldü

Rusiyanın Murmansk şəhərində iki azyaşlı uşaq anası yeni il üçün evi bəzəyərək eyvana bayram çələngi asmaq istəyərkən eyvandan yıxılaraq ölüb.

Gent.az yerli mediaya istinadla xəbər verir ki, iş qadını olan Yana Kirilçuk qarşıdan gələn Yeni il bayramı üçün mənzilini bəzəmək üçün 4-cü mərtəbədəki eyvana çələng yapışdırmaq istəyərkən yıxılıb. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qeyd olunur ki, mərhumun əri Yevgeni Kirilçuk arvadının ölümünə qəribə reaksiya verib. Bu, ailə dostları arasında Yananın ölümünün qeyri-müəyyən şərtləri ilə bağlı şayiələrə səbəb olub.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan