Ronaldo yenidən Avropaya qayıdır
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılacağı iddia edilən Kristiano Ronaldonun Avropaya qayıdacağı gözlənilir.

38 yaşlı portuqaliyalı hücumçunun UEFA Çempionlar Liqasına vəsiqə qazanan “Nyukasl Yunayted”ə transferi gündəmdədir.
Gent.az xəbər verir ki, “Nyukasl Yunayted”in sahibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ronaldonu kluba gətirmək istəyir.
Məlumata görə, “Əl-Nəsr”də xoşbəxt olmasına baxmayaraq, Ronaldo “Nyukasl Yunayted”ə transfer olmağa etiraz etməyib.






