Konor Makqreqorun uzun müddətdən sonra UFC-də döyüşə çıxacaq

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək.

İdman1 dəq oxu
Konor Makqreqorun uzun müddətdən sonra UFC-də döyüşə çıxacaq

Bu barədə UFC-nin prezidenti Deyna Uayt "Adam's Apple" nəşrinə müsahibəsində bildirib.

Gent.az xəbər verir ki, o, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib:

"Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik".
Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dən olan Dastin Porye ilə görüşdə ciddi zədə alıb.(oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan