“Qalatasaray”ın ulduz futbolçusu məşhur aktrisadan ayrıldı

İdman1 dəq oxu
“Qalatasaray”ın ulduz futbolçusu məşhur aktrisadan ayrıldı

Aktrisa Devrim Özkan və “Qalatasaray”ın futbolçusu Lukas Torreyradan gözlənilməz xəbər gəlib. 

Gent.az ın xarici mediaya istinadla xəbərinə görə, məşhur cütlük “Instagram”da bir-birini təqib etməyi dayandırıb.

Məşhur aktyor Devrim Özkan və "Qalatasaray"ın ulduz futbolçusu Lukas Torreyranın pərəstişkarlarını kədərləndirən hadisə yaşanıb. Sevgiləri ilə tez-tez gündəmə gələn məşhur cütlüyün ayrıldığı iddia edilib.

Cütlükdən evlilik xəbəri gözlənildiyi halda, sürpriz bir hərəkət gəlib. Devrim Özkan və Lukas Torreyra “Instaqgram”da bir-birini təqib etməyi dayandıraraq, sosial media hesablarından paylaşdıqları fotoları siliblər.

Bununla belə, cütlük bir-birinin ailə üzvlərini təqib etməyə davam edir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan