Sevgilisi ciddi olmadığı üçün Reşforddan ayrıldı

İdman1 dəq oxu
Sevgilisi ciddi olmadığı üçün Reşforddan ayrıldı

“Mançester Yunayted”in ingilis futbolçusu Markus Reşford bu ay sözün mənfi mənasında əsl “qəhrəman”a çevrilib.

Gent.az -ın xəbərinə görə, əvvəlcə komandanın baş məşqçisi Ruben Amorim futbolçunun münasibətinin ciddi olmadığına eyham vuraraq, onu komandadan uzaqlaşdırıb. İndi, demək olar ki, eyni səbəbdən, sevgilisi Reşforddan üz döndərib.

Sevgilisi ciddi olmadığı üçün Reşforddan ayrıldı — şəkil 1

Markus və "Sevgi adası" TV şousunun ulduzu Qreys Cekson keçən ay münasibətə başlayıblar, lakin “The Sun” xəbər verir ki, "Qreys Markusun ona ciddi yanaşmadığını və gələcəyinin olmadığını başa düşüb, Ona görə də münasibətləri bitirməyə qərar verib".

Sevgilisi ciddi olmadığı üçün Reşforddan ayrıldı — şəkil 2

Qeyd edək ki, Reşford ötən il yeniyetməlik illərindən birlikdə olduğu sevgilisindən ayrılıb və son vaxtlar maliyyə çatışmazlığı səbəbindən malikanə tikintisini dondurub.

Sevgilisi ciddi olmadığı üçün Reşforddan ayrıldı — şəkil 3

Sevgilisi ciddi olmadığı üçün Reşforddan ayrıldı — şəkil 4

 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan