Vanda Nara reper sevgilisindən də ayrıldı

İdman1 dəq oxu
Vanda Nara reper sevgilisindən də ayrıldı

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardidən ayrılan və reper L-Gante ilə eşq yaşayan Vanda Nara sevgilisindən qəfil ayrılıb. Vanda Naranın açıqlaması Argentina mətbuatının gündəminə çevrilib.

Gent.az  xarici mediaya istinadla xəbər verir ki, məşhur iş qadını Vanda Nara Mauro İkardidən ayrılaraq argentinalı reper L-Gante ilə sevgili olmuşdu. Onların sevgili olması qısa müddət çəkib.

Vanda Nara sosial media hesabında L-Gantedən ayrıldığını açıqlayıb.

O yazıb: "Bu gün ayrıldıq. Diqqətimi ailəmə və işimə yetirməliyəm. Uşaqlarımın mənə ehtiyacı var və məhkəmə prosesi davam edir".

Vanda Nara “Instagram” hesabında L-Gante ilə fotoları silib, Mauro İkardi ilə olan fotoları isə arxivdən çıxarıb.

Nara "Qalatasaray"ın sosial media hesabındakı paylaşımları da bəyənib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan