Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi açıldı

Kriminal qiraət1 dəq oxu
Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi açıldı

Xəbər verdiyimiz kimi, Ağcabədidə 15 yaşlı qız övlad dünyaya gətirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a bildirilib ki, faktla bağlı Ağcabədi RPŞ-də müvafiq araşdırmalara başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan