Məhkəmə Navalnı barədə son qərarını verdi

Kriminal qiraət1 dəq oxu
Məhkəmə Navalnı barədə son qərarını verdi

Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar verib.

Gent.az xəbər verir ki, Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum olunub.

Hakim Natalya Repnikova bildirib ki, müttəhimin ev dustaqlığında keçirdiyi 12 ay təyin edilmiş cəzadan çıxılacaq. Beləliklə, müdafiə tərəfi qərara etiraz etməsə, Navalnı 3,5 ildən az müddətə həbsxana həyatı yaşayacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan