Rufonun əmrilə azərbaycanlı avtoritet vəhşicəsinə döyüldü

Kriminal qiraət1 dəq oxu
Rufonun əmrilə azərbaycanlı avtoritet vəhşicəsinə döyüldü

Noyabrın 2-nə keçən gecə Rusiyanın Moskva vilayətində Azərbaycan mafiyasının nümayəndələri arasında növbəti kriminal qarşıdurma baş verib.

Gent.az -ın yerli mediaya istinadla məlumatına görə, “qanuni oğru” Ülfət Tağıyevin (Rufo) tapşırığı ilə onun ən yaxın silahdaşları - Maqomed adlı qardaşı, Fuad Sumqayıtski, Saxır İmişlinski və Nəbi Moskva vilayətinin Reutovo şəhərində yerləşən “Mendel” kafesində kriminal avtoritet Arif Babayevi ölümcül döyüblər. Onun vəziyyətinin hələ də son dərəcə ağır olduğu bildirilir.

Məlumata görə, Babayev “Sirota” ləqəbli avtoritet Sabir Rufonu söyüb gülən zaman onun yanında olduğu üçün döyülüb. Arifi döyəndə ondan tələb ediblər ki, “qanuni oğru” Rufonun əzəli düşməni Namiq Səlifovu aşağılasın.

Qeyd edək ki, Rusiya mediasının yaydığı məlumata görə, Ülfət Tağıyev ölkəyə girişi qadağan olunsa da, Rusiyaya girib. Bundan sonra azərbaycanlı avtoritetlər arasında yenidən qarşıdurmalar yaranıb.

Rufonun əmrilə azərbaycanlı avtoritet vəhşicəsinə döyüldü — şəkil 1

Rufonun əmrilə azərbaycanlı avtoritet vəhşicəsinə döyüldü — şəkil 2

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan