Sevgilisinə görə "söhbətə gedən" gənc oğlanı öldürdülər

Kriminal qiraət1 dəq oxu
Sevgilisinə görə "söhbətə gedən" gənc oğlanı öldürdülər

Başqırdıstanda qətl hadisəsi olub.

Gent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Sterlitamak şəhərində baş verib. Üç yeniyetmə sevgilisi üçün ayağa qalxan 22 yaşlı oğlanı döyüb, sonra bıçaqlayıblar.

Məlumata görə, mərhumun dostu yeniyetmələrin sosial şəbəkələrdə onun sevgilisini təhqir etdiyini bildirib. Gənc oğlan onlarla “söhbəti həll etmək” üçün görüüşb

Qeyd edilir ki, dava zamanı yeniyetmələrdən biri bıçağı çıxararaq bir neçə zərbə endirib.

Nəticədə təcili yardım gələnə qədər oğlan hadisə yerində ölüb. Cinayətkarlar qaçıblar və hazırda axtarılır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan