Evdə minimalizmin sirləri

Lifehack1 dəq oxu
Evdə minimalizmin sirləri

Mümkün olan ən minimalist evi necə yaratmaq olar? Əlbəttə ki, evinizdə köklü dəyişikliklər etməklə. Bəs bu dəyişikliklərə haradan başlaya bilərsiniz? Bu yazımızda sizin üçün bu sualı cavablandırdıq:

Sadəliyə üstünlük verin

Minimalist evin ən əsas xüsusiyyətlərindən biri evin tamamilə sadə formada dizayn edilməsidir. Etməli olduğunuz ilk şey evdəki köhnə mebel və  dekorlarınızı yeniləməkdir. Bunlardan qurtulsanız, evinizdə daha çox yeriniz olacaq və rahat hiss edəcəksiniz. İkinci olaraq, evinizi rəngləməyi düşünə bilərsiniz. Ağ rəng minimalist bir dizayn yaratmaq üçün ilk seçiminiz olmalıdır. Evinizin divarları ağ rəngdədirsə, bir qat da boyaya bilərsiniz.

Evdə minimalizmin sirləri — şəkil 1

Beton Döşəmə

Yəqin ki, beton döşəmənin eviniz üçün uyğun olduğunu düşünmürsünüz. Ancaq bu, evinizi olduğundan daha müasir və minimalist göstərə bilər. Taxtadan fərqli olaraq, uzun illər istifadə edə biləcəyiniz beton döşəmələrdə açıq - boz tonlara üstünlük verə bilərsiniz.

Tavan lampası

Ənənəvilikdən qurtulmağa hazırsınız? Çilçıraq və digər işıqlandırmaların dövrü yavaş- yavaş keçir. Bu səbəbdən, ən qısa müddətdə evinizdə tavan lampaları quraşdırmağı unutmayın.

Evdə minimalizmin sirləri — şəkil 2

Rəsmlər

Evinizi rəsm qalereyasına çevirmək istəməyə bilərsiniz. Ancaq bəyəndiyiniz rəsmləri evin görünən hissələrinə yerləşdirmək yaxşı olacaq. Bununla birlikdə, ağ divarlarınıza uyğun çərçivələr seçməyə də diqqət yetirin.

Daha çox bitki

Eviniz rəsm qalereyası olmayacağı kimi botanika bağçası da olmayacaq. Ancaq minimalist bir dizayn üçün evinizdə bitkilərə daha çox yer açın. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan