Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar

Lifehack2 dəq oxu
Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar

Maraqlı spirtli və spirtsiz kokteyllər hazırlamaq bir çox kişinin arxusudur.

Sizə bununla bağlı bir neçə məsləhət verəcəyik.

İçkilər alın

Ev barı üçün 4-5 fərqli kokteyl hazırlamaq üçün ən azı on cür spirtli içki növü tələb olunur.

1.Araq. Neytral dada malik olduğu üçün kokteylin əsasını təşkil edə bilər.
2.Ağ rom. Araqdan yumşaqdır və buna görə meyvə kokteylləri üçün idealdır.
3.Tünd rom. Ağdan fərqli olaraq güclü dada malikdir.
4.Tekila. Həm əsas, həm də əlavə inqredient kimi istifadə edilir.
5. Cin. Meyvə və tərəvəzlə ideal şəkildə uyuşur.
6. Likörlər. Apelsin, moruq, yemiş.
7.Konyak. Ədviyyat və qırmızı çaxırla uyuşur.
8. Burbon. Şotland viskisi kimi spesifik dada malikdir. Lakin dadı və ətri o qədər sərt deyil.
9.Ağ çaxır. Quru.
10. Qırmızı çaxır. Eksperimentlər üçün komponent. Ədviyyat, acı tabasko sousu, tərəvəzlərlə uyuşur...

Kokteyl hazırlamaq üçün bu taralar lazımdır

Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar — şəkil 1

“Haybol”. “Pivə” içkiləri bu cür bokallara süzülməlidir.

Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar — şəkil 2

“Harrikeyn”. Bunun içinə “shot” və “long drinks”ləri süzmək olar.

Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar — şəkil 3

Kokteyl bokalı. Buzsuz verilən soyudulmuş içkilər üçün əladır. Onun uzun alt hissəsi içindəki mayenin tez qızmasının qarşısını alır.

Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar — şəkil 4

Roks. Bərk qatqısız (yalnız buz qatmaq olar) spirtli içkilərdən hazırlanan kokteyllər üçün.

Məqsədlərini müəyyənləşdir

Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar — şəkil 5

Əgər içkini özün üçün hazırlayırsansa, içinə zəncəfil də qata bilərsən, lakin hansısa şənliyə bu komponentlə getmək məsləhətli deyil. Çünki orada əsas məqsəd içkilərin əksəriyyətin xoşuna gəlməsidir.

Qızlar “mohito” kimi yüngül alkohollu “long drinks”lərə üstünlük verir. Onların həcmi hardasa 200-250 ml olur. Qızlar onu təxminən 10 dəqiqə ərzində içirlər. Kişilər isə “shot drinks”lərə üstünlük verir: birdəfəyə içilən güclü alkohol.

Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar — şəkil 6

İçkiləri qat

Bir içkiəd altı inqredientdən artıq qoymaq məntiqsizdir: biri o birisinin dadını aparacaq.

Bu beş içkini istədiyinin kimi və istədiyin miqdarda qata bilərsən: araq, cin, apelsin liköru, moruq liköru və qazlı su.

Evdən çıxmamaq şərti ilə necə kokteyllər hazırlamaq olar — şəkil 7

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan