Banka, şüşə yoxsa plastik? Pivə hansında daha tez soyuyur?

Lifehack1 dəq oxu
Banka, şüşə yoxsa plastik? Pivə hansında daha tez soyuyur?

Məktəbdə fizikanı öyrənən insana bu suala cavab vermək çox asandır.

Lakin “İstilik keçiciriliyi” dərsindən qaçanlar da qorxmasın. Çünki biz varıq.

İstilik keçiciriliyi – cisimlərin istlik keçirmək xüsusiyyətini ifadə edir.

Müvafiq cədvələ inansaq alüminiumun istilik keçiciriliyi 221 Vt/ m•°С, şüşənin – 0,76 Vt/ m•°С, plastik qabların hazırlandığı qalın polietilenin isə - 0,41-0,44 Vt/ m•°С bərabərdir.

Anladığın kimi bu göstəricidə ən zəif plastikdir. Plastik tarada pivə daha gec soyuyur.

Bu siyahıda lider isə alüminium bankadır. Deyilənə görə, pivə bankası soyuducunun buzluğunda 10-25 dəqiqəyə soyuyur.

Həmçinin bu banka içkini günəş şualarından qoruyur. Plastik və şüşə isə bunu edə bilmir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan