Xroniki stress beyni dəyişir – Psixoloji xəstəliklərin səbəbi

Lifehack1 dəq oxu
Xroniki stress beyni dəyişir – Psixoloji xəstəliklərin səbəbi

Uzun müddət davam edən, yəni 6 aydan 3 ilə kimi xroniki stress beynin fiziki və kimyəvi xassələrində bir sıra dəyişikliklər yaradıb, psixi xəstəliklərə səbəb ola bilər.

Xroniki stress orqanizmdə iltihabın əsas səbəblərindən biridir.

İnsan beyni hematoensefalik baryerlə qorunur. Təkrarlanan və bitmək bilməyən stress zamanı bu baryer pozulur və iltihab zülalı beyin toxumasına düşə bilir.

Ən çox beyindəki hippokamp zədələnir, bu hissə əhval-ruhiyyə, yaddaş, zehni işə cavabdehdir.

Eləcə də stress hormonu kortizol beyinə çox sıçrayır, əhvalı pozur, hippokampı ölçücə kiçildir.

Bu da çoxsaylı fiziki problemlər, menstrusiya pozulması, depressiyaya səbəb olur. Kiçilmiş hippokamp depressiyalı insanlarda da görülür. (Medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan