Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq

Maraqlı1 dəq oxu
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlığa görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan