Daha iki universitet ənənəvi tədrisi bərpa etməyəcək

Maraqlı1 dəq oxu
Daha iki universitet ənənəvi tədrisi bərpa etməyəcək

Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.

Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci smestri onlayn şəkildə davam etdirəcək.

ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.

AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, tədris onlayn şəkildə davam edəcək: “Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq”(Report).

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan