İnsanlar Marsı da zibillədilər

Mars planeti insan tərəfindən yaradılmış tullantılarla çirklənməyə başlayıb.

Maraqlı1 dəq oxu
İnsanlar Marsı da zibillədilər

 Yerlə qalmayıb, artıq Marsın da ekologiyasını pozmağa başlamışıq.

Gent.az xəbər verir ki, alimlərin hesablamalarına görə, Marsda Yer tullantılarının çəkisi artıq 7 tondan çoxdur təşkil .

Tullantıların mənbəyi kosmik gəmilərdən, aparatlardan və peyklərdən atılan detallardır. Məsələn bu yaxınlarda ABŞ-ın "Perseverance" marsoxodu özünün planetə enişi zamanı atmış olduğu tullantı ilə qarşılaşıb.

Mütəxəssislərin fikrincə bu tullantıların bir hissəsi gələcək Mars missiyası üçün təhlükə kəsb edə bilər.

İndi artıq kosmosun zibillənməsinin qarşısını almaq üçün beynəlxalq təşkilat yaratmaq təklif olunur.(lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan