Bürclərin yay səyahəti üçün ən yaxşı ölkə Astroloji turizm

Maraqlı2 dəq oxu
Bürclərin yay səyahəti üçün ən yaxşı ölkə Astroloji turizm

Astroloqlar bu dəfə hansı ölkənin bürclərə görə səyahət baxımından  uyğun olduğunu açıqlayıblar. 

Gent.az həmin siyahını təqdim edir: 
 
Qoç - Yeni Zelandiya

Qoçlar macəra və açıq hava fəaliyyətini sevirlər. Ona görə də gözəl mənzərələri və ekstremal idman növləri ilə Yeni Zelandiya onlar üçün ideal olardı.

Buğa - İtaliya

Buğa bürcləri rahatlığa və ləzzətli yeməklərə çox önəm verir. Buna görə də dəbdəbəli mətbəxi, mədəniyyəti və memarlığı ilə İtaliya onlar üçün ən yaxşı seçimdir.

Əkizlər - Yaponiya

Əkizlər müxtəlifliyi və yeni şeyləri sınamağı sevirlər. Bu baxımdan unikal mədəniyyəti və müasir texnologiyası ilə Yaponiya onlar üçün ideal hesab olunur.

Xərçəng - Yunanıstan

Xərçənglər evdəki rahatlığa önəm verir və tarixlə maraqlanmağı çox sevir. Ona görə də qədimiliyi və isti iqlimi ilə Yunanıstan onlar üçün ən yaxşı istirahət məkanı olacaq.

Şir - Fransa

Şirlər dəbdəbəni və incəliyi sevirlər. Buna görə də məşhur restoranları, moda və mədəni tədbirləri ilə Fransa Şirlər üçün ideal tətil yeridir.  

Qız - İsveçrə

Qız bürcləri nizama və təbiətə dəyər verir. Buna görə də təmiz gölləri, dağları və nümunəvi sosial sistemi ilə İsveçrə onlar üçün ideal səyahət ölkəsi olacaq.

Tərəzi - Avstriya

Tərəzilər incəsənətə və harmoniyaya çox dəyər verirlər. Bu səbəbdən zəngin mədəni irsi, klassik musiqisi və möhtəşəm mənzərələri ilə Avstriya onlar üçün ən yaxşı seçimdir.

Əqrəb - Misir

Əqrəblər sirri və tapmacaları sevirlər. Ona görə də qədim piramidaları və firon hekayələri ilə Misir onlar üçün ideal bir səyahət yeri olardı.

Oxatan - Avstraliya

Oxatanlar macəra və kəşfləri sevirlər. Bu baxımdan müxtəlif təbii gözəllikləri və aktiv əyləncələri ilə Avstraliya onlar üçün ideal istirahət məkanı olacaq.

Oğlaq - Almaniya

Oğlaqların ənənə və sabitliyə dəyər verməkləri hamıya məlumdur. Elə buna görə də zəngin tarixi, mədəniyyəti və nizam-intizamı ilə Almaniya onlar üçün ən yaxşı alternativdir. 

Dolça - İslandiya

Dolçalar qeyri-adi yerləri və yenilikləri sevirlər. Qeyzerlər və buzlaqlar kimi unikal təbiət hadisələri ilə İslandiya onları valeh edəcək. 

Balıqlar - Bali, İndoneziya

Balıqlar mənəviyyat və təbiətə dəyər verir. Ona görə də gözəl çimərlikləri, məbədləri və meditativ atmosferi ilə Bali istirahət üçün ən yaxşı yerdir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan