Tanınmış reper dərmandan komaya düşdü

Rusiyalı reper Paşa Texnik komaya düşüb.

Mədəniyyət1 dəq oxu
Tanınmış reper dərmandan komaya düşdü

Ehtimal olunur ki, buna səbəb onun qatıldığı məclisdə baş verənlər olub.

Gent.az xəbər verir ki, qıcolması olan sənətçi xəstəxanaya çatdırılıb.

Məclisin ortasında ifaçı boğulmağa başlayıb, ağzından köpük tökülüb. Xanımı onun üçün təcili yardım çağırıb. Mənbələrə görə, Texnik psixoterapevtin ona yazdığı dərmanları studiyada qəbul edib. Daha sonra sənətçinin narkotik maddələrdən istifadə edə biləcəyi ehtimal edilib. Məclisdə isə ona kiminsə dərman verdiyi ehtimal olunur.

Xanımı məclisdə ona dərman verən şəxsin tapılmasını tələb edir və məhkəməyə verəcəyini deyib. Hazırda reper komadadır.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan