Conni Depp apellyasiya şikayəti verib
Məşhur amerikalı aktyor və musiqiçi Conni Depp keçmiş həyat yoldaşı Ember Xerdə qarşı böhtan işi üzrə məhkəmə qərarından apellyasiya şikayəti verib.

Qərara görə o, aktrisaya iki milyon dollar ödəməlidir.
Gent.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Depp məhkəmənin vəkili Adam Uoldman vasitəsilə Xerdə böhtan atdığına dair qərarını səhv hesab edib. Daha əvvəl hüquq müdafiəçisi mediaya açıqlamasında aktrisanın Depplə münasibətlərin pozulmasına səbəb olduğu iddia edilən dava haqqında yalan danışdığını bildirib.
Aktyor müraciətində vəkilinin dediklərinə görə məsuliyyət daşımamalı olduğunu vurğulayıb. Deppin sözlərinə görə, aktrisa həmçinin Deppin böhtan iddiasına zidd olan pis niyyətlə açıqlama verdiyini sübut edə bilməyib.(big.az)






