Elton Con "Twitter"i tərk edir

Müğənni və bəstəkar Elton Con cümə günü "Twitter" sosial şəbəkəsindən istifadəni dayandıracağını açıqlayıb.

Mədəniyyət1 dəq oxu
Elton Con "Twitter"i tərk edir

Onun sözlərinə görə, İlon Mask "Twitter"in sahibi olduqdan sonra baş verən dəyişikliklər sosial şəbəkə istifadəçiləri arasında dezinformasiyanın yayılmasını xeyli asanlaşdıracaq.

Gent.az xəbər verir ki, "Həyatım boyu musiqidən insanları bir araya gətirmək üçün istifadə etməyə çalışmışam. Dünyamızı parçalamaq üçün dezinformasiyadan necə istifadə edildiyini görəndə çox üzülürəm", - o, qeyd edib.

1,1 milyon abunəçisi olan sənətçinin paylaşımını Maskın özü şərh edib.

"Mən sizin musiqinizi sevirəm. Ümid edirəm ki, qayıdacaqsınız", - deyə 75 sosial şəbəkənin yeni sahibi yazıb.(oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan