Tanınmış aktrisa vəfat edib
Türkiyəli aktrisa, yazar Pakize Suda vəfat edib.

Gent.az xəbər verir ki, ötən cümə axşamı beynində qan laxtalanması aşkarlanan və xəstəxanaya yerləşdirilən aktrisa 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Pakize "Hayat bilgisi", "Davetsiz misafir" və "Sevda çiçeği" kimi bir çox layihədə rol alıb.






