"Modern Talking" qrupunun solisti Bakıda konsert verəcək
Əfsanəvi "Modern Talking" qrupunun solisti, dünyaca sevilən müğənni bəstəkar və prodüser Tomas Andres Bakıda konsert verəcək.

Konsert 14 oktyabr tarixində Heydər Əliyev sarayında baş tutacaq.
Gent.az xəbər verir ki, biletlər artıq satışdadır. Qiymətlər 50-370 manat aralığında dəyişir.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.(big.az)






