Rusiyalı reper vəfat edib
Rusiyalı reper Eisik (İqor Voinov) vəfat edib.

43 yaşlı sənətçinin ölümünə səbəb insult olub.
Gent.az xəbər verir ki, əməliyyat olunan reper üç gün komada qaldıqdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, Eisikin diskoqrafiyasında yeddi albom var, onlardan sonuncusu - "Ruhani Qida" 2021-ci ildə işıq üzü görüb.






