Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var

Mədəniyyət1 dəq oxu
Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var

Həyat yoldaşı Güllü Hüseynova Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti haqda açıqlama verib.

Axşam.az xəbər verir ki, bu haqda AzTV-yə danışan G.Hüseynova musiqiçinin yaxşılaşdığını bildirib. O deyib ki, Rəmişi vaxtında xəstəxanaya yerləşdiriblər:

"Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin".

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmamazlığı, ağciyər problemindən əziyyət çəkir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan