“Dell Technologies”in səhmlərinin kəskin bahalaşması şirkətin təsisçisi və baş direktoru Maykl Dellin sərvətini bir gündə 35,8 milyard dollar artmasına səbəb olub.
Gent.az xəbər verir ki, şirkət səhmləri birjada 32,1 faiz yüksələrək tarixinin ən uğurlu ticarət gününü yaşayıb.
Bununla da Maykl Dellin xalis sərvəti 245,9 milyard dollara çatıb və o, dünyanın ən varlı şəxsləri siyahısında ön sıralara yüksəlib.
“Dell”in açıqladığı birinci rüb maliyyə nəticələri bazar proqnozlarını əhəmiyyətli dərəcədə geridə qoyub. Şirkət səhm başına 4,86 dollar mənfəət əldə etdiyini açıqlayıb. Gözlənti isə 2,96 dollar idi.
Rüblük gəlir də proqnozlaşdırılan 35,7 milyard dolları aşaraq 43,8 milyard dollara yüksəlib.
“Forbes”in real vaxt rejimində yenilənən milyarderlər siyahısına əsasən, “Dell”in səhmlərindəki yüksəliş Maykl Delli Mark Zukerberq kimi texnologiya milyarderlərini geridə qoyaraq dünyanın ən zəngin şəxsləri sırasında daha da irəli aparıb.

