Məhşurlar “Instagram” sosial şəbəkəsində imicə görə, nələrə getmirlər ki?! Gent.az xəbər verir ki, amerikalı reper Lil Uzi Vert də öz izləyicilərini qeyri-adi hərəkəti ilə təəccübləndirib.
Belə ki, o, cərrahi əməliyyat vasitəsi ilə alnına qiyməti 24 milyon dollar olan 10 karatlıq brilliant yapışdırıb. Vert bu barədə 4 ildir ki xəyal edib və bu illər ərzində pul yığıb.
Lakin fanatlar reperin ideyasını bəyənməyiblər və xeyriyyəçilik üçün xərclənə biləcək bu pulların düşüncəsizcəsinə israfına görə onu qınayıblar.
Həkimlər də bu cür əməliyyatın sağlamlığa mənfi təsirləri barədə xəbərdarlıq ediblər.
Onun şəxsi hesabında paylaşdığı “Gözəllik ağrılıdır” adlı videoya 11 milyona yaxın baxış olub və 87 min şərh yazılıb.
Namiq Musayev