Müxtəlif ölkələrdə insanların orta seksual partnyor sayı açıqlanıb.
Gent.az xəbər verir ki, yeni araşdırma müxtəlif ölkələrdə insanların həyat boyu orta hesabla neçə seksual partnyora sahib olduğunu ortaya qoyub. Tədqiqat müəllifləri bildirirlər ki, “normal” hesab edilən rəqəmlər ölkədən ölkəyə ciddi şəkildə dəyişir.
Araşdırmada əsasən 33–40 yaş arası kişilər iştirak edib. Nəticələrə görə, Fransada 2–12 seksual partnyor adi göstərici sayılır. 16-dan çox partnyoru olan şəxslər isə artıq “çox aktiv” hesab edilir.
Avstriyada orta göstərici 7–15, Belçikada isə 4–12 arasında dəyişir. Böyük Britaniya, İspaniya və Portuqaliyada 2–10 partnyor norma hesab olunur. ABŞ, İtaliya və Niderlandda isə orta göstərici 2–9 partnyordur.
Araşdırmaya görə, Rusiyada insanların orta seksual partnyor sayı 4–9 arasında dəyişir.
Mütəxəssislər qeyd edirlər ki, respondentlərin böyük hissəsi ideal rəqəm kimi təxminən 7 partnyoru göstərib. Bununla belə, araşdırma müəllifləri bu cür statistikanın şərti olduğunu və insanların şəxsi həyat seçimlərinin fərqli ola biləcəyini vurğulayırlar.

