Türkiyənin iki şəhərinə uçuşlar dayandırılır

Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni qərar qəbul edib.

Səyahət1 dəq oxu
Türkiyənin iki şəhərinə uçuşlar dayandırılır

Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırılır.

Gent.az xəbər verir ki, Bakı - Ankara - Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı - İstanbul - Bakı aviareysləri (J2 175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı - Antalya - Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.

Buna səbəb tələbatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.(oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan