Bakı-London-Bakı reyslərinin başlayacağı tarix

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Səyahət1 dəq oxu
Bakı-London-Bakı reyslərinin başlayacağı tarix

Bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə bağlıdır.

Gent.az xəbər verir ki, daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulurdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan